•   
  •   
  •   
  •   
  •   
  • AZE  
  • ENG  
  • Haqqımızda
  • Keyfiyyət, etibarlılıq və xidmət səviyyəsinin yüksəldilməsi şirkətimizin əsas meyarlarındandır.
  • 2010-cu ilin mart ayında yaranmış ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmışdır. ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə avadanlıqları, proqram təminatları və əlaqədar xidmətlərin satışını təşkil və təmin edir. İnformasiya və kommunikasiya texnologiyalarına aid layihələrin texniki şərtnamələrinin hazırlanması, idarə olunması, tətbiqini və sənədləşdirilməsini həyata keçirir. Biz müştərilərimizlə işləyən zaman sadəcə avadanlığın alqı-satqısının təmin edilməsinə deyil, əlavə xidmət göstərilməsinə diqqət yetirərək, şirkətimizin fərqlənməsini istəyirik. Şirkətimizdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, xarici ölkələrdə İKT sahəsində idarəetmə vəzifələrində işləmiş, respublika və beynəlxalq səviyyədə qəbul görmüş kompleks həll layihələrinin idarə edilməsində iştirak etmiş, beynəlxalq sertifikatlara sahib mütəxəssislər çalışmaqdadır. O cümlədən, mütəxəssislərimiz, proqram təminatı, telekommunikasiya, lokal və qlobal şəbəkə, informasiya təhlükəsizliyi və server avadanlıqlarının quraşdırılması üzrə layihələrin idarə edilməsini həyata keçirmişlər.