•   
  •   
  •   
  •   
  •   
  • AZE  
  • ENG  

  • Proqram təminatları
  • Şirkətlər proqram təminatlarının tətbiqi ilə mövcud sistemlərini və iş proseslərini inkişaf edən texnologiyalara, dəyişən iş ehtiyacları və iş proseslərinin avtomatlaşdırma tələblərinə paralel olaraq dəyişdirərək, müştəri məmnuniyyətini, əməliyyat həcmini və karlılığını artıraraq, əməliyyat xərclərini aşağı salmağı və əməliyyatın sürətlənməsini hədəfləyirlər.
  • PROSYS firması müştərilərinə İKT sahəsində bütöv həllər təqdim etməklə yanaşı layihələr üçün texniki tapşırıq hazırlanması, proqram təminatının hazırlanması, sınaqların aparılması və sənədləşmə xidmətləri göstərir. Əlavə olaraq proqram təminatı məhsullarının və layihələrinin lokallaşdırılması, tətbiq edilməsi və dəstək xidmətlərini göstərir. Məhsuldar bir İnformasiya Texnologiyası infrastrukturu ancaq iş ehtiyaclarının doğru analiz edilməsi və ehtiyacı ödəyəcək proqram təminatının və ya avadanlığın doğru təyin olunması ilə qurula bilər. ProSys-in təqdim etdiyi analiz və proqram təminatı dizayn edilməsi xidmətləriylə, ehtiyac olan iş prosesləri ilə bağlı funksiyanallıqların təyin olunması, lazım gələrsə yeni iş proseslərinin yaradılması və ən əhəmiyyətlisi şirkətinizin verdiyi xidmətə və ya istehsala dəyər qatacaq optimal proqram təminatının təyin olunması hədəflənməkdədir. Bizim həllərimiz müasir standart və texnologiyalar əsasında hazırlanır. Biz müştərilərimizin uğurlar əldə etməsi üçün müştərilərimizlə birgə işləyən peşəkar və etibarlı tərəfdaşıq. Bunlar bizim müştərilərimizlə uzun ömürlü işləməyimizə əsas təşkil edir. Biz bütün sahələrdə fəaliyyət göstərən fərqli müştərilərin ehtiyaclarına cavab verən proqram təminatı xidmətləri təklif edirik. Müştərilərimizə təklif etdiyimiz həllər :
    • İnsan Resurslarının idarə edilməsi(HRM)
    • Təşkilat resurslarının planlaması(ERP)
    • Bank Əməliyyat Sistemi
    • Müştəri əlaqələrinin idarəedilməsi
    • Veb səhifələrin hazırlanması O cümlədən:
  • İşin Adı
  • Açıqlama
Proqram təminatı yazılması və/və ya tətbiq edilməsi Müştərinin ehtiyacına uyğun proqram təminatının hazırlanması və ya hazır proqram təminatı məhsullarının müştəri tələblərinə uyğunlaşdırılması və tətbiq edilməsi
Web səhifələrinin hazırlanması Web səhifəsində yerləşən məlumatların hazırlanmasına kömək göstərilməsi və asan idarə edilə bilən web səhifəsinin hazırlanması