•   
  •   
  •   
  •   
  •   
  • AZE  
  • ENG  

  • Layihələrin İdarə Edilməsi
  • Günümüzdə hədəf, görülən işi asanlaşdırmaq və məhsuldarlığı artırmaqdır. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etmək nəzərdə tutulmaqdadır. İnformasiya Texnologiyaları mövzusunda hər il bir çox layihə başladılmaqdadır. İnformasiya Texnologiyaları layihələrində dünyada ümumiyyətlə üç təməl çətinlik yaşanmaqdadır : Layihələrin bitməməsi, hədəflənən zamanda bitməməsi, təyin olunan büdcənin çox üzərində bir xərclə bitməsi. Yaşanan bu çətinliklərin aşılması ancaq layihənin effektiv şəkildə idarə edilməsi ilə mümkündür. ProSys, beynəlxalq qəbul görmüş Layihə İdarə etmə standartları istiqamətində, öz təcrübəli mütəxəssisləri ilə beynəlxalq Layihə İdarə etmə metodologiyasını istifadə edərək, təşkilatlara layihə idarə etmə mövzusunda xidmət təqdim etməkdədir. ProSys, layihə qrupunun yaradılması, rolların təyin olunması, zaman və resursların seçilməsi ; riskin işlənilərək layihənin sağlam bir şəkildə və zamanında nəticələnməsi xidmətini təqdim edir:
  • İşin Adı
  • Açıqlama
İKT layihələrində məsləhət xidmətinin verilməsi İKT layihələrinin hazırlanması zamanı ehtiyacın müəyyən edilməsi və son texnologiyanın nailiyyətlərini müştəri ilə paylaşmaq, layihənin texniki infrastrukturu ilə əlaqədar müştərinin məlumatlandırılması
İKT layihələrində texniki şərtlərin hazırlanması İKT layihələrinin texniki infrastrukturunun müəyyən edilməsi və tələblərə uyğun texniki şərtin hazırlanması
Beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşən layihələrin tenderi üçün beynəlxalq standartlarda texniki şərtlərin hazırlanması Müştərinin ehtiyaclarını qarşılayan texniki infrastruktur üçün texniki şərtlərin Beynəlxalq maliyyə təşkilatlarının standartlarına uyğun hazırlanması
İKT layihələrinin tətbiq edilməsi İKT layihələrinin beynəlxalq səviyyədə qəbul görmüş standartlara uyğun tətbiq edilməsi
İnformasiya təhlükəsizliyi üzrə layihələrin hazırlanması və tətbiq edilməsi İnformasiya təhlükəsizliyi ilə əlaqədar müştərinin ehtiyaclarının müəyyən edilərək layihələrin hazırlanması və beynəlxalq standartlara uyğun informasiya təhlükəsizliyi layihələrinin tətbiq edilməsi